Yunanıstanda qatar qəzası: 57 nəfər öldü
Yunanıstanda dəmiryol qəzasında ölənlərin sayı 57-yə çatıb.
BUTA.TV xəbər verir ki, bu barədə ERT məlumat yayıb.
“Hazırda 56 nəfərin şəxsiyyəti müəyyən edilməyib”, - deyə bildirilib.
Qeyd edək ki, ötən gün Yunanıstanın Larisa şəhəri yaxınlığında yük qatarı ilə sərnişin qatarı vağzal rəisinin səhvi nəticəsində toqquşub.