Fransanın yük maşınları bu tarixdə Laçın dəhlizində olacaq
Fransa yük maşınları sentyabrın sonunda Laçın dəhlizinə gələcək.
BUTA.TV xəbər verir ki, Fransadakı erməni təşkilatlarının koordinasiya şurası olan CCAF məlumat yayıb.
Məlumata görə, yüklər sentyabrın 30-da, saat 12:00-da Laçın dəhlizində olacaq.
Qeyd edək ki, ötən gün yayılan məlumatda yük maşınlarının avqustun 30-da Laçın dəhlizində olacağı bildirilmişdi.