Donetskdə ardıcıl partlayışlar: intensiv döyüşlər gedir
Ukraynanın Donetsk şəhərinin şimal zonalarında ardıcıl partlayış səsləri eşidilib.
BUTA.TV xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Artilleriya mərmilərinin, kasset bombaları, həmçinin atıcı silahların səsi eşidilir”, - deyə bildirilib.
Bildirilib ki, Donetskin şimalında Avdeyevka şəhəri yerləşir ki, hazırda ora Ukrayna Silahlı Qüvvələri nəzarət edir.