Bu halda Laçın yolu 24 saat ərzində açılacaq - Hikmət Hacıyev
Ağdam-Xankəndi yolu açılandan sonra Laçın yolu da 24 saat ərzində açılacaq.
BUTA.TV Publika.az-a istnadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev BBC-yə müsahibəsində deyib.
"Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır", - Prezidentin köməkçisi bildirib.
Onun sözlərinə görə, “Qarabağdan olan ermənilərə Azərbaycanın digər vətəndaşları kimi dil, mədəni, dini, o cümlədən bələdiyyə hüquqları təklif olunur”.