Qabonda hərbçilər generalı dövlət başçısı təyin etdilər
Qabonda hakimiyyəti ələ keçirən hərbçilər qvardiya komandanı, general Bris Oliq Nqemunu keçid dövrü üçün dövlət başçısı təyin edib.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Qeyd edək ki, Qabonda hərbçilər prezident seçkilərinin nəticələrinin ləğv olunduğunu və hakimiyyət orqanlarının buraxıldığını elan ediblər.