Təbrizli karateçi qız Bita İxtari 6 hakim tərəfindən ölümcül döyülüb.

BUTA.TV xəbər verir ki, bu barədə onun anası məlumat verib.

"Bita tatamiyə çıxan rəfiqəsini alqışladığı üçün hakimlərin etirazları ilə qarşılaşıb. Etiraz etdikdə isə 6 karate hakimi tərəfindən vəhşicəsinə döyülüb. O, ağır bədən xəsarətləri ilə xəstəxanaya köçürülüb",- Bita İxtarinin anası bildirib.

Şərqi Azərbaycan əyalətinin Gənclər və İdman İdarəsinin başçısı Həbib Sütudə faktı təsdiqləyib və bildirib ki, Bita İxtarinin mobil telefon vasitəsilə yarışdan video çəkdiyi üçün döyülüb.

Bakının bu ərazisində söküntüyə hazırlıq gedir - Kompensasiyaya dair açıqlama - Video Bakının bu ərazisində söküntüyə hazırlıq gedir - Kompensasiyaya dair açıqlama - Video