Türkiyə ordusunun hərbçisi şəhid olub.

BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“İraqın şimalında “Pəncə-Kilid” əməliyyat bölgəsində PKK tərəfindən hazırlanan əldəqayırma bombanın partlaması nəticəsində zabit Ünal Sipahi şəhid olub”, - məlumatda bildirilib.