Türkiyənin Kırıkkale rayonunda güclü yağışların səbəb olduğu sel zamanı 5 nəfər itkin düşüb.

BUTA.TV xəbər verir ki, məlumatı Türkiyə mediası yayıb.

Məlumata görə, itkin düşənlərdən biri azyaşlıdır.

Həmçinin, çox sayda evin su altında qaldığı bildirilib.

İtkin düşənlərin axtarışı davam etdirilir.