Rumıniya ərazisində heç bir pilotsuz uçuş aparatı, hər hansı detal, qurğu hissəsi olmayıb.

BUTA.TV xəbər verir ki, bu sözləri Rumıniya Prezidenti Klaus Yohannis ölkə ərazisinə Rusiyaya məxsus “Şahid” PUA-larının düşməsi ilə bağlı suala cavabında deyib.

“Biz hava məkanımızı tam şəkildə qoruyuruq. Hər şeyi yoxladıq və əhalini arxayn edə bilərik: Rumıniyaya heç nə düşməyib”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiyanın Odessanın İzmail limanına atdığı “Şahid” PUA-ları Rumıniya ərazisinə düşərək partlaması barədə məlumat yayılmışdı.