Rus elitası bu tarixədək Putini devirməyə çalışacaq
Rus elitası başa düşməlidir ki, Putini vəzifədən kənarlaşdırmadan sərvətlərini və mövqelərini qoruyub saxlamaq mümkün deyil.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 2020-2021-ci illərdə rəhbəri olmuş general-leytenant Valeri Kondratyuk deyib.
“Putin nəinki son rusa, hətta son sentinə qədər mübarizə aparacaq. Ona görə də, elita Putini vəzifədən uzaqlaşdırmaqda, Qərb və Ukrayna ilə sülh danışıqlarına başlamaqda maraqlıdır”, - Kondratyuk bildirib.
Onun fikrincə, Rusiya elitası yaxın 4-5 ay ərzində - gələn ilin martında ölkədə keçiriləcək prezident seçkilərinə qədər öz planını həyata keçirməyə hazırdır.