Mərakeşdə 4,8 bal gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə Mərakeş Geologiya İnstitutu məlumat yayıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Xatırladaq ki, sentyabrın 8-də Mərakeşdə 7 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 2 min 946 nəfər ölüb, 5 min 674 nəfər yaralanıb.