Sentyabrın sonunda Pentaqonun yeni komandası Amerika yardımının istifadəsinə nəzarət etmək üçün Ukraynada işə başlayacaq.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin baş müfəttişinin hesabatında deyilir.

“ABŞ-ın yüksək rütbəli məmuru avqustun sonundan Ukraynada işləyir və bu ayın sonuna qədər ona əlavə heyət qoşulacaq. Onlar ABŞ-ın Kiyevdəki səfirliyində yerləşirlər. Bu, respublikaçıların Ukraynanın ABŞ vəsaitlərindən istifadəsinə nəzarəti gücləndirmək çağırışları ilə bağlıdır”, - hesabatda bildirilib.