Rusiya bununla ATACMS-ın qarşısını ala bilər - Ritter
Rusiyanın radioelektron mübarizə sistemləri Qərbin ATACMS sistemlərinin qarşısını ala bilər.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skot Ritter deyib.
O bildirib ki, ATACMS sistemləri hədəfə çatmamış Rusiyanın raket əleyhinə sistemlərinin zərbələri ilə üzləşə bilər.
O əlavə edib ki, Pentaqon Moskvanın buna bənzər mümkün fəaliyyətindən xəbərdardır.
Qeyd edək ki, Kütləvi İnformasiya Vasitələrində (KİV) ABŞ-ın Ukraynaya ATACMS ballistik raket sistemlərinin verəcəyi yönündə məlumatlar yayılmaqdadır.