Xaçmaz şəhərindən keçən Qudyalçay çayının üzərindəki körpü tamamilə dağılıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, ilkin ehtimala əsasən, hadisə nəticəsində VAZ-21011 markalı minik avtomobili çaya düşüb.

Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri xəsarət alan 2 nəfəri sel sularından xilas edib.

Qeyd edək ki, Xudat şəhər və ətraf kəndlərin Xaçmaz şəhəri və Bakı istiqaməti ilə nəqliyyat əlaqəsi tam kəsilib.

"Sədərək" və "Binə" bağlanır? "Sədərək" və "Binə" bağlanır?