Rusiyanın Andreyevkadakı 72-ci əlahiddə motoatıcı briqadası mühasirəyə alınaraq məhv edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna ordusunun 3-cü hücum briqadası məlumat yayıb.

Məlumata görə, iki gün davam edən əməliyyat nəticəsində Ukrayna ordusu briqadanın kəşfiyyat rəisini, 3 tabor komandirini, komandirləri ilə birlikdə 72-ci briqadanın bütün heyətini və böyük sayda texnikasını məhv edib.

Briqadadan bildirilib ki, Andreyevkanın azad edilməsi Baxmutun sağ cinahından hücum üçün açar olacaq.

Hindistanda sabiq deputat qızının toyuna 400 min nəfər çağırdı, aləm bir-birinə dəydi - Video Hindistanda sabiq deputat qızının toyuna 400 min nəfər çağırdı, aləm bir-birinə dəydi - Video