X istifadəçiləri bundan sonra layklarını gizlədə biləcəklər.

BUTA.TV xəbər verir ki, bu barədə X rəhbəri İlon Mask elan edib.

“İndi siz layklarınızı gizlədə bilərsiniz. Amma mən məsləhət görürəm ki, onları açıq saxlayasınız və yalnız maraqlı paylaşımlarda istifadə edin”, - Mask bildirib.

Onun sözlərinə görə, gələcəkdə X sosial şəbəkəsində audio və video zəng funksiyaları da yaranacaq.