Azərbaycan və Ermənistan nümayəndələri Tiflisdə görüşdü
Sentyabrın 15-də Gürcüstanın paytaxtı Tiflisdə Azərbaycan və Ermənistandan olan ekspert heyətləri arasında görüş keçirilib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) BUTA.TV-a verilən məlumata görə, heyətlərə Azərbaycan tərəfdən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev, Ermənistan tərəfdən İSƏ Qafqaz Araşdırmaları İnstitutunun direktoru Aleksandr İskəndəryan rəhbərlik edib.
Tərəflər iki ölkə arasındakı məsələləri müzakirə ediblər.