Şeydayev iki asist etdi, komandası darmadağına sevindi
Millimizin futbolçusu Ramil Şeydayev Tailandın "Buriram Yunayted" klubunda məhsuldar ötürmələr verib.
BUTA.TV xəbər verir ki, Tailand çempionatının IV turu çərçivəsində "Trat"a qarşı keçirilən qarşılaşma Şeydayevin komandasının 4-0 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin hücumçusu birinci və dördüncü qolun vurulmasında yaxından iştirak edib.