Boris Conson aparıcı olacaq
Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson GB Nyus telekanalında aparıcı və siyasi icmalçı kimi çalışacaq.
BUTA.TV xəbər verir ki, bu barədə B.Conson videomüraciətində deyib.
“Şadam ki, tezliklə ona qoşulacaq və dünya siyasəti ilə bağlı öz səmimi fikirlərimiz bölüşəcəyəm”, - deyə Conson bildirib.
Keçmiş baş nazirin gələn ildən işinə başlayacağı gözlənilir.