Sumqayıtda köhnə düymə zavodunda yanğın başlayıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, yanğın zamanı bir nəfər huşunu itirib, ona ilkin tibbi yardım edildikdən sonra xəstəxanaya çatdırılıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir