AB Ukrayna hərbçiləri üçün 200 milyon avro vəsait ayırır
Avropa Birliyi (AB) Ukrayna hərbçilərinin təlimi üçün əlavə 200 milyon avroya yaxın vəsait ayırıb.
BUTA.TV xəbər verir ki, bu barədə AB Şurasının mətbuat xidməti məlumat yayıb.
"Bu gün Şura AB-nin Ukrayna üzrə Hərbi Təlim Missiyası [EUMAM Ukraine] çərçivəsində Ukrayna silahlı qüvvələrinin təlimi üçün əlavə maliyyənin ayrılması barədə qərar qəbul edib. Məbləğ 194 milyon avro artırılıb və ümumi məbləğ 255 milyon avro təşkil edəcək”, - məlumatda deyilir.