Finlandiya hökuməti bu gün Rusiyaya nota göndərib.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məlumat verib.

Zaxarova qeyd edib ki, Moskvaya noyabrın 30-dan etibarən Finlandiyanın Rusiya ilə sərhədində yerləşən “Raya-Yooseppi” nəzarət-buraxılış məntəqəsini bağlamaq planları barədə məlumat verilib.