Qırmızı dənizdəki Bab əl-Məndəb boğazında ABŞ-a məxsus “USS Carney” esminesi Yəməndən buraxılan pilotsuz təyyarəni vurub.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, gəminin heyəti İran istehsalı olan KAS-04 pilotsuz aparatını təhlükə hesab edib, buna görə də hədəfin məhv edilməsi barədə qərar qəbul edilib.