Su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar 30 noyabr saat 20:00-dan 1 dekabr səhər saatlarına qədər Səbail, Nəsimi və Xətai rayonlarının bir hissəsinə içməli suyun verilişində məhdudiyyətlər olacaq.

Bu barədə BUTA.TV-a Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Agentlik yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.