Yol kənarından avtomat və güllələr tapıldı
Şabranda silah-sursat aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olduqları zaman yol kənarından 1 ədəd “AK-74” markalı avtomat, 3 ədəd patron darağı və 110 ədəd müxtəlif çaplı güllə aşkar edərək götürüblər.
Fakt üzrə Şabran RPŞ-də araşdırma aparılır.