Atəşkəsdən sona İsrailə yardımı davam etdirəcəyik - Kirbi
ABŞ hakimiyyəti Qəzza zolağında humanitar fasilə başa çatdıqdan sonra İsrailə hərbi yardım göstərməyə davam edəcək.
BUTA.TV xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
"Biz, şübhəsiz ki, hələ də İsrailin HƏMAS-a qarşı hərəkət etmək hüququna və öhdəliyinə inanırıq. Onlar hərbi kampaniyaları haqqında danışıblar və çox açıq şəkildə bildiriblər ki, bu fasilələrdən sonra yenidən onlara qarşı hərəkət etmək niyyətindədirlər”, - deyə Kirbi bildirib.