Bir mərkəzdən asılılığı azaltmalıyıq - Ermənistan prezidenti
Ermənistan təhlükəsizlik sistemini diversifikasiya etməli və bir mərkəzdən asılılığı azaltmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan BƏƏ-nin erməni icması ilə görüşündə deyib.
Onun sözlərinə görə, Ermənistanda uzun illər ərzində olan təhlükəsizlik sistemi işləməyib və nəticədə ölkə bu gün problemlərlə üzləşib.
Eyni zamanda, prezident qonşularla sülh və mehriban qonşuluq prinsipləri əsasında münasibətlərin normallaşdırılmasını vacib adlandırıb.