Türkiyənin Malatya vilayətinin Akçadağ rayonunda 4,8 bal gücündə zəlzələ baş verib.

BUTA.TV xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, zəlzələ yerin 7 kilometr dərinliyində qeydə alınıb. Yeraltı təkanlar ətraf vilayət və rayonlarda da hiss olunub.

Dağıntı və tələfat yoxdur.