Tovuzda ağır qəza: ölən var
Tovuz rayon Düz Cırdaxan kəndində ağır yol-nəqliyyat hadisəsi olub.
BUTA.TV xəbər verir ki, yanacaqdoldurma məntəqəsinin yaxınlığında "VAZ-2104" və "VAZ-21099" markalı avtomobillərin iştirakı ilə başverniş yol-nəqliyyat zamanı 1 nəfər, 1989-cu il təvəllüdlü Razim Mədətov dünyasını dəyişib.
Daha 5 nəfər - 1989-cu il təvəllüdlü, V.Məmmədov, 1969-cu il təvəllüdlü, H.Məmmədov, 1989-cu il təvəllüdlü E.Əhmədova və 2 azyaşı xəsarət alıb.
Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.