Zərdab sakininin su arxından meyiti tapılıb.

BUTA.TV APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.

Məlumata görə, kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.