Tərtərdə baş verən yanğın iki nəfərin ölümü ilə nəticələnib.

BUTA.TV xəbər verir ki, hadisə Tərtər şəhərində baş verib.

Yanğın zamanı evdə olan ər-arvad Əsgər Vəli oğlu Səmədov və Adilə Soltan qızı Hüseynova yanaraq ölüb.

Faktla bağlı araşdırma başlanıb.