IV ixtisas qrupu üzrə 700 bal toplayan Samir Tağızadə Azərbaycan Tibb Universitetinə qəbul olunub.

BUTA.TV”ya danışan S.Tağızadə bildirib ki, ATU-nun Tibb (tədris ingilis dilində) ixtisasına daxil olub.

“İxtisas seçimində təkcə 1 ixtisas seçmişdim, ona da qəbul olundum”, - deyə o əlavə edib.

Qeyd edək ki, Samir Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunudur. O həmçinin ötən il İctimai TV-də yayımlanan “Əlaçı” verilişinin qalibi olub.

Bəsti Məmməd