Tramp Putinlə görüş şərtini açıqladı
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə Ukrayna ilə bağlı sülh müqaviləsi hazır olduqda görüşməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, Tramp bu barədə jurnalistlərin suallarını cavablayarkən bildirib.
“Bunu (Görüşü- red.) sülh sazişi bağlamağa hazır olduğumuz zaman etmək istəyirəm. Mən bunu dərhal edə bilərəm. Ancaq münaqişə bitəndə etmək istəyirəm və düşünürəm ki, bu baş verəcək ", - deyə Tramp qeyd edib.