Mənim fikrimcə, biz üçtərəfli formata doğru irəliləyirik.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Növbəti üçtərəfli görüş BƏƏ-də, İsveçrədə, Türkiyədə və ya başqa bir ölkədə keçirilə bilər. Bu məkanlarla bağlı təcrübəmiz var və bir neçə ölkədən dəvətlər almışıq”, - o bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni mərhələsinin tezliklə elan edilə biləcəyini demişdi.