Ukrayna Prezidenti Vladimir Zelenski bu ay amerikalı həmkarı Donald Trampla görüşə bilər.

BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tixiy məlumat verib.

O qeyd edib ki, görüşlə bağlı ilkin razılıq əldə olunub və görüş sentyabrın sonu baş tuta bilər.

XİN rəsmisi görüşün yeri barədə məlumat verməyib.