Ukrayna ordusu Rusiyada 8 hərbi əhəmiyyətli obyektə zərbə endirib.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Yamalo-Nenets Muxtar Dairəsində neft emalı zavodu və Dağıstandakı dəniz ticarət limanı hədəfə alınıb. Bundan əlavə, Moskva, Voronej, Həştərxan və Bryansk vilayətlərindəki obyektlərə də hücum edilib”, - Zelenski bildirib.