Azərbaycan televiziya kanallarında yayımlanan və cəmiyyətdə mənfi müzakirələrə səbəb olan “Səni axtarıram”, “Elgizlə izlə”, “Yaxşıya doğru”, “Bizimləsən”, “Həmin Zaur”, “Təsir dairəsi” verilişləri ilə bağlı qərar verilib.
Pravda-nın əldə etdiyi məlumata görə, həmin proqramların efir vaxtları qısaldıralaraq təxminən 30 dəqiqə olması nəzərdə tutulub. Bundan əlavə, verilişlərin formatlarında müəyyən dəyişikliklər də ediləcək. Xatırlatma: Bir neçə gün öncə, ATV, Xəzər, ARB və Space televiziyasının rəhbəri Prezident Administrasiyasına çağırılaraq adıçəkilən verilişlərlə bağlı xəbərdarlıq edilib.
- Hövsanın suyu kəsildi
- Bakıda güclü yanğın - Video
- Bakıda avtomobili yolun ortasında park edən sürücü saxlanıldı - Video - Yenilənib
- Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Son 140 ilin ən yüksək temperaturu qeydə alındı
- Çingiz Əlioğlu vəfat etdi
- Tanınmış şair vəfat etdi
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...