“Bayer” əlimizdən çıxdı. Alman nəhəngini hər iki oyunda 90 dəqiqədə məğlub elədik. Amma futbol artıq 90 dəqiqə deyil. Əlavə iki dəqiqə, üç dəqiqə, hətta bir dəqiqə belə əhəmiyyət daşıyır.
BUTA.TV xəbər verir ki, bu sözləri idman eksperti Kənan Məstəliyev “Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində cavab oyununda “Bayer 04”ə məğlub olması ilə bağlı qeyd edib.
“Nəticəni bəlli etmək üçün sona qədər oynamalıyıq. Buna isə güc lazımdır. Futbol baxımından hər iki matçda rəqibindən yaxşı oynadı, üstələdi, bacarığını ortaya qoydu “Qarabağ”. Amma bir məqam var: biz futbola oyun gözüylə baxırıq, amma futbol həm də bir idmandır. Bu idman tərəfi isə oyun tərəfini çoxdan üstələyib. İdmanda sadəcə istedadla qələbə qazanmaq olmur. Güclü olmaq lazımdır: həm mənəvi, həm fiziki, həm atletik, həm də funksionallıq baxımından. Böyük qələbələr qazanmaq, onları sıralamaq və davamlı şəkildə əldə etməyimiz üçün futbola yalnız oyun gözüylə baxmağı yığışdırmalıyıq. İnfrastruktur və peşəkar kadrların çatışmazlığı, azarkeş mədəniyyəti, futbola baxış bucağımız, işlərimizdəki şəffaflıq, bu oyuna, bu idmana münasibətimiz, ona olan sevgimizin həqiqiliyi... Çox şey saymaq olar.
Ölkə olaraq, ölkə futbolu olaraq, bir Azərbaycan futbolu camiəsi olaraq “oyun oynamağ”ın başını buraxıb, futbol oynamağa başlamalıyıq. Yalnız ondan sonra biz belə məğlubiyyətlərə ürəkdən üzülə bilərik”, - Məstəliyev bildirib.
Ekspert sonda qeyd edib ki, “Qarabağ”a təbrik və təşəkkür etmək lazımdır:
“Çünki bizə bu səviyyəni, bu ajiotajı, bu qələbələri, bu sevinci, bu gərginliyi yaşadıb, özümüzü dünyaya meydan oxuyan komandaya meydan oxuyan azarkeş kimi hiss etməyə imkan verdi. Bu, əsl Avropa səviyyəli futbol, əsl mübarizə idi. Çox gözəl bir macəra idi. Başını uca tut və çox sağ ol, “Qarabağ” FK! Azərbaycan səninlə fəxr edir!”
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək