Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub.
“BUTA.TV”nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-ci il təvəllüdlü Səmədov Əsgər Vəli oğlu və həyat yoldaşı 1954-cü il təvəllüdlü Hüseynova Adilə Soltan qızının yaşadığı evə oğurluq məqsədilə daxil olub. Daha sonra isə evə od vuraraq uzaqlaşıb.
Hadisə nəticəsində 85 yaşlı kişi və 72 yaşlı qadın həlak olub.
Vəfat edən şəxslərin oğlu bildirib ki, hadisə zamanı evdən 15 min manat pul oğurlanıb.
Məşhur şəlaləyə gedən yola şlaqbaum qoyuldu - Səbəb bu imiş- Video-Yenilənib
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə V.Baxşəliyev saxlanılıb.
Ahıl kişi ilə qadının yanğından əvvəl öldürülməsi və ya yanğın nəticəsində vəfat etmələri müəyyənləşdirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Aslan Vəliyev
- Kart limitləri ilə bağlı bütün suallara aydınlıq gətirildi - Dəqiq izah
- Bakıda 35 yaşlı vəzifəli şəxs evində ölü tapıldı - Foto
- Bakının mərkəzində obyekt yanır
- Limanı əlindən alınan Şahlar Novruzova qarşı yeni iddia
- Azərbaycanda işçi axtarılır - Əməkhaqqı 10 min manatdır
- Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - Video
- Azərbaycanda 10 min manat maaşla işçi axtarılır
- Bakıda bloqerin həyat yoldaşı qəfil vəfat etdi - Foto