“Beşiktaş”ın idman direktoru Səməd Aybaba “Qarabağ” rəhbərliyi ilə Olavio Juninyonun transferi üçün görüşüb.
BUTA.TV İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin “Fotosport” nəşri məlumat yayıb. Bildirilib ki, artıq Azərbaycan çempionunun braziliyalı forvard üçün istədiyi məbləğ dəqiqləşib. İstanbul təmsilçisi transferi reallaşdırmaq üçün 8 milyon avro ödəməlidirlər.
Türkiyə mətbuatı bu məbləğin “Beşiktaş” üçün çox olduğunu və danışıqların davam etdirildiyini də vurğulayıb.
Qeyd edək ki, bu mövsüm Juninyo "Qarabağ"ın heyətində meydana çıxdığı 43 matçda 23 qol və 7 asistlə yadda qalıb.
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı