“Zirə” yeni futbolçu ilə anlaşıb.
BUTA.TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Araz Abdullayevlə mövsümün sonunadək müqavilə imzalanıb.
31 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ “Zirə”yə məxsusdur.
Qeyd edək ki, “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, İngiltərənin “Everton”, Yunanıstanın “Panionis”, Kiprin “Anortosis”, “Etnikos”, Türkiyənin “Boluspor”, Kosovonun “Lapi” klublarının üvzü olmuş Araz Abdullayev Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 qol vurub.
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı