Rusiya XİN Qutrini Smolensk meydanına çağırdı

21:30 - 25 Mart 2024 - GÜNDƏM

 Rusiya XİN Qutrini Smolensk meydanına çağırdı

Avstraliyanın Rusiyadakı müvəqqəti işlər vəkili Ceremi Qutri martın 22-də Smolensk meydanına çağırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfirliyin sosial şəbəkələrində yayılan yalan məlumatlara görə etiraz edilib:

“Avstraliya səfirliyi tərəfindən Teleqram sosial şəbəkəsində Rusiya Federasiyasının ərazi bütövlüyünü şübhə altına alan və prezident seçkiləri zamanı Rusiyanın bir sıra regionlarında səsvermə ilə bağlı bilərəkdən yalan məlumatların yer aldığı mesajla əlaqədar Qutriyə kəskin etiraz edilib".

Qutriyə məlumat verilib ki, diplomatik nümayəndəliyin hərəkətləri Rusiyanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.

Xarici İşlər Nazirliyi Avstraliya səfirliyindən mesajı silməyi və gələcəkdə belə hadisələrin baş verməsinin qarşısını almağı tələb edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol