Dünən iki avtobusun toqquşması zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
BUTA.TV xəbər verir ki, TƏBİB yol-nəqliyyat hadisəsi ilə əlaqədar Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 1972-ci il təvəllüdlü qadının müalicəsinin Travmatologiya şöbəsində davam etdirildiyini bildirib.
Vəziyyəti stabil qiymətləndirilir.
Bundan əlavə, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan iki kişinin müalicəsi müvafiq olaraq Neyrocərrahiyyə və Torakal cərrahiyyə şöbələrində davam etdirilir. Onların da vəziyyəti stabildir.
Bildirilib ki, digər 7 nəfər müalicə olunduqdan sonra evə buraxılıb.
Qeyd edək ki, dünən Bakı şəhəri, Xəzər rayonu, Binə Savxoz ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində Sabunçu Tibb Mərkəzinə 13 nəfər (7 kişi, 6 qadın), Kliniki Tibbi Mərkəzə isə 9 nəfər (kişi) hospitalizasiya olunub. Daha sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən digər 12 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video
- Xəstənin görüntüsü icazəsiz paylaşılarsa, cəzası... - Vəkil
- Azərbaycanda ən çox bazar bu bölgədədir
- Göygöldə Yaylaq Festivalında çardaq uçdu - 8 nəfər xəsarət aldı+Video-Yenilənib
- “Ən ağır yükünüz olimpiya dünya çempionları olsun!” - Firdovsi Umudovdan güləşçilərə dəstək+Video