Göyçayda iki avtomobilin toqquşması ilə nəticələnən ağır yol qəzası baş verib.
BUTA.TV xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 190-cı kilometrliyində, Göyçayın Yekəxana kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə yol qəzası nəticəsində avtomobillərdən biri yoldan çıxaraq aşıb. Toqquşmanın təsirindən hər iki maşına ciddi zərər dəyib.
Qəzadan sonra hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə yaralılar Göyçay rayon mərkəzi xəstəxanasına yerləşdirilib
Faktla bağlı araşdırma aparılır.
- Nazir festivalda hədəfə ox atdı - Video
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- Götürüb “ümidlərin” gedir sabaha sarı... - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video
- Xəstənin görüntüsü icazəsiz paylaşılarsa, cəzası... - Vəkil
- Azərbaycanda ən çox bazar bu bölgədədir