“Krokus” teraktında əsas sual budur - Putin

22:52 - 25 Mart 2024 - GÜNDƏM

 “Krokus” teraktında əsas sual budur - Putin

“Krokus Siti Holl”dakı terror aktı ilə Kiyev rejiminin əli ilə 2014-cü ildən Rusiya Federasiyasına qarşı döyüşənlərin silsilə cəhdləri arasında əlaqə ola bilər.

BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin 22 martda “Krokus”da baş verən terror hadisəsi ilə bağlı güc strukturlarının rəhbərləri ilə keçirdiyi onlayn toplantıda deyib.

"Bir şey tamamilə aydındır: martın 22-də Rusiyanın paytaxtında törədilmiş dəhşətli cinayət hədə-qorxu aktıdır. Və dərhal sual yaranır - bundan kimin mənfəəti var? Bu vəhşilik yalnız neonasist Kiyev rejiminin əli ilə 2014-cü ildən ölkəmizə qarşı mübarizə aparanların bütöv cəhdlərinin bir halqası ola bilər”, - Putin bildirib.

O əlavə edib ki, nasistlər, məlum olduğu kimi, məqsədlərinə çatmaq üçün heç vaxt ən çirkli və qeyri-insani vasitələrdən istifadə etməkdən çəkinməyiblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol