İki silahlı şəxs məni öldürmək istədi - Maduro

10:56 - 26 Mart 2024 - GÜNDƏM

 İki silahlı şəxs məni öldürmək istədi - Maduro

Venesuela Prezidenti Nikolas Maduro Karakasın mərkəzində keçirilən mitinqdə həyatına sui-qəsd cəhdinin qarşısının alındığını bildirib.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bu barədə bu barədə Prezident "Venezolana de Television" kanalının canlı efirində bildirib.

"Bu gün burada, Dieqo İbarra meydanında iki silahlı şəxs mənə sui-qəsd etməyə hazırlaşırdı. Saxlanılanlar ifrat sağçı, faşist "Vente Venesuela" Partiyasına mənsub olduqlarını etiraf ediblər", - Maduro vurğulayıb.

O, cinayətkarların Prezident tərəfdarlarının mitinqdən əvvəl Milli Seçki Şurasının binası yaxınlığında keçirilən yürüşü zamanı saxlanıldığını deyib.

Qeyd edək ki, Karakas hökumətinin başçısı Naum Fernandez daha əvvəl Maduroya sui-qəsd etmək üçün nümayişə partlayıcı qurğularla daxil olan 3 nəfərin saxlanıldığını açıqlamışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol