Balarusun tətbiq etdiyi qadağa İrəvana cavabdır - Xaçatryan

14:16 - 26 Mart 2024 - GÜNDƏM

 Balarusun tətbiq etdiyi qadağa İrəvana cavabdır - Xaçatryan

Heç kimə sirr deyil ki, Ermənistanın KTMT və MDB çərçivəsində siyasi demarşı Aİİ çərçivəsində adekvat cavab tapmaya bilməz.

BUTA.TV xəbər verir ki, bu sözləri “Hayastan” blokundan olan deputat, daşnak Artur Xaçatryan erməni mediasına açıqlamasında Belarusun Ermənistandan konyak idxalına və satışına qadağa qoymasını şərh edərkən deyib.

O, Belarusun “Ararat konyak zavodu”nun məhsullarının idxalına qoyduğu qadağanın İrəvan zavoduna deyil, məhz Araratdakı müəssisəyə aid olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Minskin qərarı həm də İrəvanın sədrliyi ilə Aİİ sammitinin Ermənistanda deyil, Rusiyada keçirilməsinin təzahürüdür.

Rusiyapərəst deputatın fikrincə, buna səbəb İrəvanın Roma Statutunu ratifikasiya etməsi də ola bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol