Avropa Birliyi (AB) rəsmilərinin son açıqlamaları və onun təsisatlarının hərəkətləri qurumun işğalçının tərəfini tutduğunu göstərir.
BUTA.TV xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev X hesabında yazıb.
Brüsselin Ermənistanın müdafiəsinə qalxdığına diqqət çəkən F.Şəfiyev vurğulayıb ki, 30 illik işğal dövründə AB heç vaxt Azərbaycan ərazilərinin azad edilməsinə belə dəstək verməyib.
“Avropa Birliyi müəyyən dəyərləri müdafiə etmək üçün ağlabatan arqumentlərə malik olmasına baxmayaraq, Qlobal Cənubun Avropanın birgə fəaliyyət çağırışlarına biganə qalması təəccüblü olmamalıdır. Siz ikili standartlar nümayiş etdirə, mənəvi və ya hüquqi üstünlük tələb edə bilərsiniz”, - o yazıb.
Qeyd edək ki, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar qərəzli bəyanatla çıxış edib. O, Azərbaycanın mətbuatında Ermənistana qarşı xəbərdarlığı “qəbuledilməz” adlandırıb.
- Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - Video
- İki avtobus toqquşdu: Xəsarət alanların son vəziyyəti...
- Qazaxda ilk dəfə avarçəkmə tədbiri keçirildi
- Oxu hədəfdən yayınmadı - Nazir meydanda+ Video
- Xəstənin görüntüsü icazəsiz paylaşılarsa, cəzası... - Vəkil
- Azərbaycanda ən çox bazar bu bölgədədir
- Göygöldə Yaylaq Festivalında çardaq uçdu - 8 nəfər xəsarət aldı+Video-Yenilənib
- “Ən ağır yükünüz olimpiya dünya çempionları olsun!” - Firdovsi Umudovdan güləşçilərə dəstək+Video