Mingəçevirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, hadisə Stansiyası Mingəçevir yaxınlığında qeydə alınıb.
Belə ki, Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Xanlar Vahid oğlu Ağayevin idarə etdiyi "Audi" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qeyd edək ki, avtomobil yüksək sürətlə hərəkətdə olub və döngəyə daxil olarkən nəqliyyat vasitəsi idarəetmədən çıxaraq dəfələrlə yuvarlanaraq aşıb.
Hadisə ilə bağlı açıqlama yayan Azərbaycan Dəmir Yolları QSC-dən bildirilib ki, martın 27-də saat 00:26 radələrində Mingəçevir şəhərində 99 DZ 700 dövlət nömrə nişanlı “Audi” markalı maşın yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və dəmiryol keçidinin yaxınlığında təmas xəttinin dirəyinə çırpılıb:
"Qəza nəticəsində sürücü vəfat edib. ADY bir daha nəqliyyat vasitələri sürücülərini dəmiryol keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə çağırır".
- Tarixi saxtalaşdırmaq üçün Kərkicahanda nə ediblər? - Video
- Stepanyandan etiraf: Qarabağda üstünlük onlarda idi
- Bu müharibənin sülhlə ədalətli həlli yoxdur!
- Yaş həddi 70 idisə, 77 yaşlı hakim vəzifədə necə qalıb?
- Tərtər sakininin kartından 15,580 min manat oğurlandı
- Bakının Suriyada fəallaşması: Uğurlu fürsət... - Kaleci
- Tramp İlham Əliyevə məktub göndərdi
- İsrail və Türkiyə Azərbaycanda razılığa gəldi