Kim Çen İn müdafiə nazirini vəzifəsindən azad etdi

11:33 - 30 Avqust 2026 - GÜNDƏM

 Kim Çen İn müdafiə nazirini vəzifəsindən azad etdi

Şimali Koreyanın müdafiə naziri No Qvan Çxol vəzifəsindən azad edilərək, Koreya Əmək Partiyasının (KƏP) Mərkəzi Komitəsinin Müdafiə Sənayesi Departamentinin birinci müavini təyin olunub.

BUTA.TV xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, bu qərar Şimali Koreya lideri Kim Çen İnin sədrliyi ilə keçirilən doqquzuncu çağırış KƏP Mərkəzi Hərbi Komissiyasının ikinci iclasında qəbul edilib.

Koreya Xalq Ordusunun Baş Siyasi İdarəsinin rəisi Kim Sonq Gi yeni müdafiə naziri təyin olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol